İŞİD başçısının öldürülməsində əsas rola malik olmuşuq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385693-İŞİd_başçısının_öldürülməsində_əsas_rola_malik_olmuşuq
İraqın baş naziri bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri İŞİD-lə mübarizədə və İŞİD-in yeni başçısının gizləndiyi məkanın tapılması ilə nəticələnən informasiyaların toplanmasında əsas rola malik olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2022 15:22 Asia/Baku
  • Mustafa Əl-Kazimi
    Mustafa Əl-Kazimi

İraqın baş naziri bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri İŞİD-lə mübarizədə və İŞİD-in yeni başçısının gizləndiyi məkanın tapılması ilə nəticələnən informasiyaların toplanmasında əsas rola malik olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Mustafa Əl-Kazimi deyib ki, ölkəsi İŞİD başçısının öldürülməsilə nəticələnən əməliyyatda əsas rola malik olub. O, bunları bir tvittdə qeyd edib.

Media mənbələri dünən səhər saatlarında amerikan koalisiyası qüvvələrinin Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərinin şimal ətrafında hava-desant əməliyyatından və bir qadın və bir neçə uşaq da daxil olmaqla azı on nəfərin öldürülməsindən xəbər veriblər.

Cümə axşamı günü axşamçağı ABŞ prezidenti Co Bayden belə deyib: Dünən gecə mənim göstərişimlə Amerika ordusu uğurlu şəkildə dünyaya qarşı böyük bir terror təhdidini, yəni Hacı Abdullah adı ilə tanınan İŞİD liderini aradan götürdülər.