Fev 22, 2022 11:42 Asia/Baku
  • Sionistlər daun sindromlu fələstinli gəncə qarşı vəhşilik ediblər

Qəsbkar sionist rejim hərbçiləri Qüdsün Şeyx Cərrah məhəlləsində daun sindromlu fələstinli gəncə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim hərbçilərinin işğal olunmuş Qüdsə qarşı hücumları və onlarla fələstinlilər arasında toqquşmalar artıbdır.

Bazar ertəsi günü işğal olunmuş Qüdsün Şeyx Cərrah məhəlləsindəki toqquşmalarda sionist hərbçilər daun sindromlu fələstinli gəncə vəhşicəsinə hücum edib və onu həbs etmək niyyətində olublar. Sonda orada olan fələstinlilər işğalçıların bu gənci həbs etmələrinə mane olublar.

Həmçinin sionist qəsbkarların Şeyx Cərrah məhəlləsinin sakinlərinə və onlarla həmrəylik üçün bu məhəlləyə toplaşmış şəxslərə qarşı hücumunda bir qrup insan yaralanıb və ya gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşübdür.

Şeyx Cərrah məhəlləsi iki həftə bundan öncədən bəri fələstinlilərlə sionist qəsbkarlar arasında döyüş səhnəsi olubdur.

Teqlər