Amerika Ukrayna hadisələrində məsuliyyət daşıyır
Livan Hizbullahının baş katibi Beyrutda bu təşkilatın ikinci baş katibi Seyid Abbas əl-Musəvinin şəhadətinin ildönümü mərasimində bildirib ki, Amerika Ukrayna hadisələrində məsuliyyət daşıyır.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah deyib: Müqavimət döyüşçülərinin hərəkəti üzrə əzəmətli həqiqəti, böyük fədakarlıqları və əsl təfəkkürü sənədləşdirmək, bizim borcumuzdur. Bu toplantının fəaliyyətlərilə bağlı məsələ və çıxışlar mötəbər kitab və sənədlərə çevrilməlidirlər.
Rusiya ilə Ukrayna arasındakı hazırkı döyüşlərə toxunan Livan Hizbullahının baş katibi söyləyib: Rusiyanın Ukraynaya hücumunun başlanması ilə bəziləri onu təsdiq etdilər, bəziləri pislədilər, bir başqaları da tərəfsiz mövqe tutdular. Bu arada mühüm olan məsələ, bu beynəlxalq hadisənin izlənilməsi və onun hər saatı və hər günündən ibrət dərsinin alınmasıdır.
Livan Hizbullahının baş katibi əlavə edib: Amerika hazırda Ukraynada baş verən hadisələrdə məsuliyyət daşıyır, zira bu döyüşləri qızışdırdı və müharibənin dayandırılması və diplomatik həll yoluna nailolmaya bir kömək etmədi, əksinə daha çox onun başlanmasına təzyiq göstərdi.
Nəsrullah İslam İnqilabının Böyük Rəhbərinin cari Rusiya-Ukrayna döyüşləri barədəki bugünkü çıxışına işarə və təsdiqlə deyib: Amerika hazırkı ssenari üçün hər bir işə əl atıb və vəziyyəti mürəkkəbləşdirmək üçün şərait yaradır. Bu gün baş verənlər Amerikaya etimad edən kəslər üçün ibrət dərsidir.