Onlarla zabit səud koalisiyasından ayrılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i386694-onlarla_zabit_səud_koalisiyasından_ayrılıb
Səud koalisiyasının uğursuzluqlarının davamında onlarla hərbçi və zabit bu koalisiyadan qaçıb və Səna qüvvələrinə qoşulubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2022 11:34 Asia/Baku
  • səud koalisiyası
    səud koalisiyası

Səud koalisiyasının uğursuzluqlarının davamında onlarla hərbçi və zabit bu koalisiyadan qaçıb və Səna qüvvələrinə qoşulubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Maribdə səud koalisiyasının hərbçi və zabitlərindən onlarla nəfər özlərinin mükəmməl hərbi təchizatları ilə vətənin qoynuna qayıdıb və Səna qüvvələrinin sıralarına keçibdir.

Bilgisi olan mənbələrin bu barədə yaydıqları məlumatda deyilir: Səud koalisiyasının yüz on dörd və üç yüz onuncu diviziyalarından olan qırx zabit və qeyri-zabit bu koalisiyadan ayrılıb və vuruşmaq üçün Səna qüvvələrinə qoşulub.

Məlumatda sonra deyilir: Ayrılmış hərbçi və zabitlər təcavüzkar koalisiyanın «Vadi Ubəydə»də yerləşən düşərgələrindən qaçmağa və Əlcubə şəhərində yerləşən Səna qüvvələrinə doğru getməyə müvəffəq olublar.