Bağdadda İraq-ın Kürdüstan Demokratik Partiyasının qərargahı yandırılıb
İraqın Kürdüstan Demokratik Partiyası üzvünün dini mərcəyə qarşı ünvanladığı təhqiramiz ifadələrdən sonra media mənbələri Bağdadda partiya qərargahı qarşısında etiraz aksiyası keçirildiyini və bunun etirazçılar tərəfindən yandırıldığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Kürdüstan Demokratik Partiyasına mənsub olduğu deyilən "Nayif əl-Kürdüstani" adlı bir şəx bazar günü olduqca təhqiramiz və qalmaqallı bir tvit dərc edib ki, şiə qruplarının reaksiyasına və qəzəbinə səbəb olub.
"Əl-Əhd" xəbər portalının məlumatına görə, Əl-Kürdüstaninin bu tvitdə İraq şiələrinin ali məqamlı təqlid mərcəyi Ayətullah Əli Əl-Sistaninin ünvanına işlətdiyi təhqiredici ifadələrdən sonra etirazçılar Kürdüstan Demokratik Partiyasının qərargahına daxil olublar.
"Saberin News" teleqram kanalı bildirib ki, etirazçılar "Dini mərcələr, qırmızı xəttimizdir" şüarı səsləndirərək, Bağdadda Kürdüstan Demokratik Partiyasının qərargahını yandırıblar.
Eyni zamanda Kürdüstan Demokrat Partiyası bir bəyanat yayaraq, iddia edib ki, Nayif Əl-Kürdüstaninin Kürdüstan Demokratik Partiyası ilə nə yaxından, nə də uzaqdan heç bir əlaqəsi yoxdur və onun tviti onun şəxsi fikridir.