Apr 03, 2022 20:00 Asia/Baku
  • Livan iran
    Livan iran

Livanda iki hərəkat- Hizbullah və Əməl hərəkatları Əlnabatiyyə şəhərində keçirdikləri yığıncaqda bu ölkə hökumətindən istəyiblər ki, İran xarici işlər nazirinin Livanın elektrik enerjisini təmin etmək üzrə təklifini tez bir zamanda qəbul etsin və ABŞ-ın Beyrutdakı səfirinin vədlərinin intizarını çəkməsin.

SəhərAzəri-nin məlumatına əsasən, Hizbullah və Əməl hərəkatlarının rəhbərləri hökumətdən istəyiblər ki, şücaətli mövqe tutub, Amerikanın təzyiqlərinə təslim olmasın və ABŞ-ın Beyrutdakı səfirinin/ elektrik enerjisini Misir və İordaniyadan təmin etmək üzrə yalan vədlərini gözləməyib, dərhal İranın/ bu problemi həll edən və bütün livanlıların elektrikini təmin edəcək təklifini qəbul etsin.

Livan aylarladır, yanacaq çatışmazlığı ucbatından enerji sektorunda kəskin böhrandan əziyyət çəkir. Bu məsələ elektrik stansiyalarının hasilatlarının kəskin şəkildə azalmasına və nəticədə, evlərdə və dövlət müəssisələrində uzun müddət elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıbdır.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cari ayın əvvəllərində Beyruta olan səfərində belə dedi: Livanla öz iqtisadi-ticari əməkdaşlıqlarımızı davam etdirməyə, həmçinin bu ölkədə min meqavatlıq iki elektrik stansiyası tikməyə hazırıq.

 

Teqlər