Apr 07, 2022 15:38 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Sionist hərbçilər beşinci gecə dalbadal Babulamud məhəlləsində ramazan ayı mərasiminə hücumda azı dörd fələstinlini həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İşğal olunmuş Fələstində mübarək ramazan ayının beşinci gecəsilə bir zamanda sionist hərbçilər Məscidüləqsanın ərazisinin yaxınlığında yerləşən Babulamud məhəlləsində bir daha fələstinli oruclara hücum ediblər.

Süvari məxfi polis qüvvələri, həmçinin sionist rejim ordusunun hərbçiləri bir daha mükəmməl təchizatlarla müdafiəsiz fələstinlilərə hücum ediblər. Onlar ramazan ayı mərasimini pozmağa çalışıblar.

Deyilənlərə görə, qəsbkarların bu təcavüzkarlığı ilə mübarizə aparmaq istəyən bir qrup fələstinli gənc həbs olunub.

Fələstinli medialar deyirlər ki, sionist hərbçilər dəyənək, gözyaşardıcı qaz, səs qumbaraları və rezin güllələrdən istifadə ilə vəhşicəsinə fələstinlilərə hücum ediblər. Həbs olunanlar arasında bir uşaq da nəzərə çarpır.

Fələstinlilərin Babulamud məhəlləsindəki etirazları bazar günündən- sionist rejimin xarici işlər naziri Yair Lapidin işğal olunmuş Qüdsdə yerləşən Məscidüləqsanın ərazisinə qanunsuz girişindən sonra başlanıb.

 

Teqlər