Apr 10, 2022 18:29 Asia/Baku
  • Bizim siyasi müharibəmiz, Amerika ilədir

Livan Hizbullahının icra şurası sədrinin müavini deyib ki, bu hərəkat Livanın parlament seçkilərində Amerika ilə siyasi və seçki müharibəsinə girib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Dəəmuş deyib: Seçkilərdə müqavimətə qarşı şüarlar verən kəslər Livanı xilas etmək üçün heç bir proqrama malik deyillər. Onların proqramları xarici layihələrdir və onlarda məqsəd, müqavimətə ziyan vurmaq və Livanı, sionist düşmənlə əlaqələrini adiləşdirmiş ölkələr karvanına qoşmaqdır.

Dəəmuş vurğulayıb: Biz mühüm və həssas bir siyasi və seçki müharibəsi ilə üz-üzəyik. Bizim siyasi müharibəmiz,// Livanı zəiflətmək və sionist rejimin maraqlarını təmin etmək üçün siyasi, xəlqi və hərbi cəhətlərdən müqaviməti hədəfə alan Amerika ilədir.

 

Teqlər