Ərəbistan mətbuat azadlığına qarşı repressiyada öncüldür
Sərhədsiz jurnalistlər təşkilatı mətbuat azadlığı göstəricisi baxımından Ərəbistanı ən pislərdən biri adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq sərhədsiz jurnalistlər təşkilatının illik təsnifatına əsasən, Səudiyyə Ərəbistanı söz azadlığını və jurnalistlərin hüquqlarını kəskin tərzdə pozduğuna görə, 180 ölkə arasında 166-cı yerdə durur.
Sərhədsiz jurnalistlər təşkilatı Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə Səudiyyə Ərəbistanını dünyada jurnalistlər üçün ən pis zindan adlandırıb.
Ərəbistan ilk beş ölkə arasında 2021-ci il dekabrın birinədək həbsdə olan ən çox jurnalistə malikdir. Zira bu ölkədə özbaşına həbs kampaniyalarının başlandığı zamandan bəri azı 31 jurnalisti həbs edibdir.
Səud başçıları jurnalistləri həbs etməklə kifayətlənmir, onlardan bir çoxunu işgəncə edir və ya qətlə yetirirlər. Onların arasında ən məşhuru, ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçı olubdur ki, Ərəbistanın durumunu tənqid etdiyinə görə, ölkəsinin İstanbuldakı konsulluğunda faciəli şəkildə qətlə yetirilib.