15 Avropa ölkəsi Qərb sahilində qanunsuz qəsəbələrin genişləndirilməsini qınayıb
15 Avropa ölkəsi, o cümlədən Fransa və Almaniya İsrail rejiminin işğal olunmuş İordan çayının qərb sahilində yəhudi sakinli yaşayış məntəqələrini genişləndirmək qərarından dərin narahatlıq ifadə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, İsrail Ali Planlaşdırma Şurası cümə axşamı günü İordan çayının qərb sahilində 4400-dən çox yaşayış binasının tikintisinə razılıq verib.
Fransa, Belçika, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, İspaniya və İsveç birgə bəyanat yayaraq, bildiriblər ki, yeni yaşayış məntəqələri iki dövlətli həll yoluna əlavə maneə yaradacaq, bu həll yolu onsuz da artıq ölüm nöqtəsinə çatıbdır.
Avropa ölkələri, həmçinin xatırladıblar ki, qəsəbələrin inşası beynəlxalq hüququ açıq şəkildə pozur və israillilərlə fələstinlilər arasında ədalətli, davamlı və hərtərəfli sülhə mane olur.
BMT Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də sionist rejimin Fələstində qanunsuz məskunlaşma planlarına son qoyulmasını tələb edən 2334 saylı qətnaməni qəbul edib.