Sionistlər İordan çayının qərb sahilinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389130-sionistlər_İordan_çayının_qərb_sahilinə_hücum_ediblər
Sionist rejim hərbçiləri vəhşicəsinə bir hərəkətdə növbəti dəfə İordan çayının qərb sahilinin ərazilərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2022 09:14 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim hərbçiləri vəhşicəsinə bir hərəkətdə növbəti dəfə İordan çayının qərb sahilinin ərazilərinə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Səma" xəbər agentliyinin məlumatına görə, İordan çayının qərb sahilinə genişmiqyaslı hücumdan sonra Fələstin vətəndaşları ilə sionist hərbçilər arasında şiddətli toqquşma baş verib. Şahidlər bir neçə Fələstin vətəndaşının sionistlər tərəfindən saxlanıldığını bildiriblər.

Sionist hərbçilər dünən də İordan çayının qərb sahilinin şimalındakı "Kəfər Qəddum" kəndinə hücum edərək, onlarla fələstinlini yaralayıblar.

Sionist hərbçilər, həmçinin Ramallahın qərbində yerləşən Əl-Caniyyə kəndinə də hücum ediblər və bir neçə fələstinli gənci həbs ediblər.

Son həftələrdə sionist hərbçilərin fələstinlilərə hücumları intensivləşib, sionist hərbçilər tez-tez fələstinliləri birbaşa güllə atəşi ilə hədəfə alırlar.