May 30, 2022 13:10 Asia/Baku
  • Məscidüləqsa
    Məscidüləqsa

Ərəb Liqası, Misir və Qətər,/ sionist qəsəbə sakinlərinin bazar günü Məscidüləqsaya qarşı hücumunu pisləyib və dünya ictimaiyyətinin onun dayandırılmasına müdaxilə etməsini tələb ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Ərəb Liqasının baş katibi Əhməd Əbulqeyt sionist qəsəbə sakinlərinin xeyli sayda işğalçı rejim hərbçisinin himayəsilə həyata keçirilən Məscidüləqsaya qarşı hücumunu kəskin tərzdə pisləyib.

Misirin xarici işlər naziri Samih Şükri də Qahirədə- Misir xarici işlər nazirliyinin iqamətgahında Fəth hərəkatının mərkəzi komitəsinin katibi Cəbrail Ərrəcubla görüşdə sionistlərin Qüdsə qarşı intensiv hücumlarının nəticələri barədə xəbərdarlıq edib.

Misirin xarici işlər naziri ölkəsinin Fələstin amalını və Fələstin xalqının qanuni hüquqlarını himayə istiqamətindəki möhkəm mövqeyinə təkid edib.

Qətərin xarici işlər nazirliyi də bir bəyanatda bildiribdir ki, rəsmi Doha sionist qəsəbə sakinlərinin Məscidüləqsaya qarşı hücumunu ən kəskin ifadə ilə pisləyir.

Mindən çox sionist qəsəbə sakini bazar günü işğalçı hərbçilərin dəstəyilə Məscidüləqsanın ərazisinə daxil olub, təhrikedici hərəkətlərlə müsəlmanların ilk qibləsinə hörmətzizlik etdi.

Belə bir halda, minlərlə sionist qəsəbə sakini bazar günü axşam Qüdsün qədim hissəsi olan Babuləmud məhəlləsində xəyali bayraq yürüşü keçirdi ki, bu da fələstinlilərlə toqquşma ilə nəticələndi.

 

Teqlər