Səudiyyə vəliəhdinin Türkiyəyə səfəri təxirə salınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389704-səudiyyə_vəliəhdinin_türkiyəyə_səfəri_təxirə_salınıb
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın bu aya planlaşdırılan Ankara səfəri hələ müəyyən edilməmiş bir tarixə təxirə salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2022 15:20 Asia/Baku
  • Səudiyyə vəliəhdinin Türkiyəyə səfəri təxirə salınıb

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın bu aya planlaşdırılan Ankara səfəri hələ müəyyən edilməmiş bir tarixə təxirə salınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin xəstəliyi səbəbindən mayın 25-nə planlaşdırılan Ankara səfərini təxirə salıb.

Bin Salmanın Türkiyəyə səfərinin növbəti tarixi müəyyən edilməyib.