Benni Qantz: "İsrail və onun bütün vətəndaşları uduzdu"
Sionist rejimin müharibə naziri sionist sakinli qəsəbələrdə "fövqəladə qaydaların uzadılması" haqqında qanunun təsdiq edilməməsinə cavab olaraq, bəyan edib ki, bu məğlubiyyətdə yeganə uduzan İsrailin Nazirlər Kabineti deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Neftali Bennetin rəhbərlik etdiyi sionist rejimin hökumət koalisiyası bazar ertəsi axşam Knessetə (parlament) İsrail qanunlarının işğal altındakı İordan çayının qərb sahilindəki sionist qəsəbələrdə məskunlaşanlara tətbiqini nəzərdə tutan qanunun uzadılmasına dair layihə təqdim edib. Amma bu qanun layihəsi müxalifətin, xüsusilə də Bennetin koalisiya hökumətində iştirak edən, "Ərəblərin Vahid Siyahısı" partiyasının iki üzvünün etirazı səbəbindən təsdiqlənməyib.
İlk dəfə 1967-ci ildə "Altı Günlük Müharibə"dən sonra qüvvəyə minən bu qanun işğal olunmuş İordan Çayının qərb sahilində yaşayan sionist qəsəbə sakinlərinə sanki İsraildə yaşayırmış kimi rəftar edilməsini təmin edir. Bu qanun hər beş ildən bir uzadılmalıdır. Qanunun müddəti iyunun sonunda başa çatır.
"Yediot Ahronot" sionist portalının məlumatına görə, İsrail rejimi koalisiyası Knessetdə mühüm bir qanun layihəsini təsdiq edə bilmədiyi və müxalifət partiyalarının bu rejimin baş nazirini istefaya çağırması ilə eyni vaxtda bir neçə sionist deputat arasında toqquşma baş verib.
Fələstinin "SƏMA" xəbər agentliyinin məlumatına görə, sionist rejimin müharibə naziri sionist sakinli qəsəbələrdə fövqəladə qaydalar haqqında qanunun uzadılmamasına cavab olaraq, deyib: "Bu qanunun uzadılmaması ilə itirən təkcə Nazirlər Kabineti deyil, İsrail və onun bütün vətəndaşları itirdi".
Likud partiyası Knessetin İordan çayının qərb sahilində sionist qəsəbələrdə "fövqəladə qaydalar" haqqında qanununun uzadılmasında məğlubiyyətindən sonra elan edib ki, Naftali Bennet hökuməti istefa verməli və İsrail sağçı partiyaların hakimiyyətinə qayıtmalıdır.
Sionist rejim televiziyasının 7-ci kanalı da bildirib ki, Nazirlər Kabinetinin bu məğlubiyyətindən sonra bu rejimin baş nazir Neftali Bennet Knessetin sağçı üzvlərindən olan "Ayelet Şaked" və "Nir Orbax" ilə görüşüb.