İslam Peyğəmbəri(s.ə.s)-ə hörmətsizlik pislənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i389987-İslam_peyğəmbəri(s.ə.s)_ə_hörmətsizlik_pislənib
Müsəlman din alimlərinin beynəlxalq birliyinin baş katibi İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliklə mübarizənin vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 10:08 Asia/Baku
  • Müsəlman
    Müsəlman

Müsəlman din alimlərinin beynəlxalq birliyinin baş katibi İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliklə mübarizənin vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Əl-Qaradaği Hindistanın İstanbulda yerləşən konsulluğu qarşısında, bir qrup din aliminin toplantısında bu məsələyə təkid edib. O, İslam Peyğəmbəri(s.ə.s)-in rəftarı, yaxşı əməlləri və əxlaqının xatırlanmasını istəyib.

Hindistan xalqı da «#الا_رسول‌الله_یا_مودی» haştaqı dərc etməklə Hindistanda hakim partiyanın sözçüsünün bu hərəkətini bu ölkənin baş naziri Narendra Modinin ekstremist və anti-islam siyasətinin davamı adlandırıbdır.

Bundan öncə də İran İslam Respublikası, Qətər, Ərəbistan, Küveyt, İslam Əməkdaşlıq Təşkilatı, Pakistan və Yəmən Hindistanda hakim partiyanın rəsmisinin İslam Peyğəmbəri(s.ə.s)-ə hörmətsizliyini pisləmişdilər.