İyul 07, 2022 12:32 Asia/Baku
  • Sionistlər
    Sionistlər

Sionist rejim ordusu qəfil hərbi təlimlərdə Qəzzəyə qarşı quru hücumunu imitasiya edib.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin on birinci telekanalının məlumatına görə, bu rejim ordusundakı cənub bölgəsinin komandanlığı bildiribdir ki, Əlnəqəbdə yerləşən «Təsalim» hərbi bazasında hərbi təlim keçirilib və «Merkava» tankları və modern «Tiger» transportyorundan istifadə edilib.

Bu hərbi təlimlərin komandanı deyib: Qeyd olunan hərbi təlim qəfil şəkildə keçirilib və əsgərlər tələsik surətdə hərbi təlimlərə çağırılıblar, zira Qəzzə zolağında savaş da qəfil və öncədən xəbərdarlıq edilmədən baş verə bilər.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın İordan çayının qərb sahilindəki milli koordinatoru Casim Əlbərğusi iyirmi yaşlı fələstinli gənc- Rəfiq Qanimin şəhid olmasına reaksiyada deyib: İşğalçı sionist rejim öz cinayətlərini davam etdirir və onların sonuncusu, Rəfiq Qanimin şəhadətidir ki, bu da həyəcan siqnalını səsləndirir.

 

Teqlər