İyul 07, 2022 19:58 Asia/Baku
  • Təməttö həcci başlandı

Təməttö həcci mərasimi bu gün səhər tezdən başlanıb. Ehram libası geymiş təməttö həccinin zəvvarları «Ləbbeyk, Əllahümə, Ləbbeyk!» nidası ilə Kəbəni təvaf ediblər ki, ehram bağladıqdan sonra Ərəfat çölünə köç etmiş olsunlar.

SəhərAzəri-nin məlumatına əsasən, 1443-cü qəməri ilinin təməttö həccinin əməlləri bu gündən başlanıb və müxtəlif ölkələrdən olan təməttö həccinin bir milyondan çox zəvvarı Məscidülhərama doğru hərəkət edib, «Ləbbeyk, Əllahümə, Ləbbeyk!» nidası veribdir.

Müsəlmanların ən iri toplantısı sayılan təməttö həcci ötən iki ildə korona pandemiyasına görə, məhdudiyyətlərlə müşayiət olunmuşdu.

Zəvvarlar bu gün gürub çağından sabah obaşdanadək Ərəfata daxil olacaq və Ərəfat çadırlarında gecələyəcəklər.

Zəvvarlar Ərəfatda dayandıqdan sonra Ərəfə günü günortadan gün batanadək Məşərdə dayanırlar. Ondan sonra Minaya doğru köç edir və Rəmi Cəmərat və qurbanlıqdan tutmuş Minada həlq, təqsir və bitutəyədək təməttö həccinin əməllərini yerinə yetirirlər.