Sionist qəsəbə sakinləri fələstinlilərə hücum ediblər
İordan çayının qərb sahilinin cənubunda bir qrup sionist qəsəbə sakini fələstinlilərə hücum edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçilərinin dəstəyinə malik olan sionist qəsəbə sakinləri Əlxəlil şəhərinin mərkəzində yerləşən Təl-Ərmidə bölgəsinin əhalisinə hücum çəkib və onlarla toqquşublar.
Başqa bir qrup sionist qəsəbə sakini də Əlxəlilin cənubunda yerləşən «Müsafiri Yəta» məhəlləsində bir qrup fələstinli gəncə hücum edibdir.
Belə bir halda, fələstinli müqavimət qrupları bir çağırışda Fələstin xalqının cümə günü müqəddəs Əl-Əqsa məscidində geniş iştirakı və toplanışını istəyiblər.
Ekstremist sionist qəsəbə sakinlərinin sionist rejim hərbçilərinin dəstəyi və bu rejim polisinin təhlükəsizlik tədbirləri altında müqəddəs Əl-Əqsa məscidinə qarşı hörmətsizlikləri demək olar ki, gündəlik bir hadisəyə çevrilibdir.
Qəsbkar sionist qüvvələr qərb sahilinin müxtəlif bölgələrinə basqın zamanı bir qrup fələstinlini yaralayıb və ya həbs ediblər.