İmam Hüseynin (ə) günbəzinin bayrağı dəyişdirildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i391674-İmam_hüseynin_(ə)_günbəzinin_bayrağı_dəyişdirildi
Dünən gecə hüzn və kədərlə dolu bir mərasimdə Əba Abdillah Əl-Hüseynin (ə) hərəminin günbəzi üzərindəki qırmızı bayraq matəm rəmzi olan qara bayrağa dəyişdirildi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2022 08:32 Asia/Baku
  • İmam Hüseynin (ə) günbəzinin bayrağı dəyişdirildi

Dünən gecə hüzn və kədərlə dolu bir mərasimdə Əba Abdillah Əl-Hüseynin (ə) hərəminin günbəzi üzərindəki qırmızı bayraq matəm rəmzi olan qara bayrağa dəyişdirildi.

SəhərAzəri-nin məlumatına əsasən, dünən Məhərrəm ayının ilk gecəsində müxtəlif İslam ölkələrindən minlərlə aşiq Əba Abdillah Əl-Hüseynin (ə) hərəminin bayrağının dəyişdirilməsi mərasimində iştirak etmək üçün özünü Kərbəlaya və "Beynül-Hərəmeyn"ə çatdırmışdı. 

Bu mərasimdə əzadarlar "Ləbbeykə Ya Hüseyn" şüarını səsləndirərək, bir daha şəhidlərin ağası və o, həzrətin möhtərəm qardaşı Həzrət Əbəl-Fəzlil-Abbas (ə) ilə əhd-peymanlarını təzələdilər.