Avq 02, 2022 12:57 Asia/Baku
  • Sionistlərin Rusiyanı qane etmək cəhdləri uğursuz qalıb

İsrail rejiminin nümayəndə heyətinin Rusiyanı yəhudi agentliyini bağlamaq qərarından daşındırmaq üçün Moskvada apardığı müzakirələr nəticəsiz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna müharibəsindən sonra Moskva-Təl-Əviv əlaqələrində gərginliyin kəskinləşməsinin ardınca Rusiyanın ədliyyə nazirliyi bu yaxınlarda məktub formasında yəhudi agentliyinə göndərilmiş və ünvanlanmış göstərişdə onun Rusiya ərazisindəki bütün fəaliyyətlərini qadağan edib.

Əl-Məyadin telekanalı sionist rejimin ədliyyə nazirliyinin nümayəndələrindən və sionist hüquqşünaslardan ibarət bir nümayəndə heyətinin Moskvada Rusiya tərəfi ilə apardığı danışıqların nəticəsiz başa çatdığını bildirib.

Rusiya məhkəməsinin bu ölkə ərazisində fəaliyyət göstərən yəhudi agentliyinin bağlanması barədə qərar çıxarmaq üzrə ilk iclası ötən cümə axşamı günü keçirilib və bu barədə qərarın çıxarılması avqustun 19-na təxirə salınıb.

Rusiyada yəhudi miqrasiya agentliyinin bağlanması, sionistlərin Rusiyadan işğal olunmuş ərazilərə mühacirətinin nəzərəçarpacaq dərəcədə azalması və hətta dayandırılması deməkdir.

Xatırladaq ki, hələ iyulun 5-də Rusiya hakimiyyət orqanları təşkilata fəaliyyətini dayandırmaq tələbi ilə məktub göndərmişdi. Məhz bu məktubdan sonra Rusiya hakimiyyət dairələri “Soxnut” yəhudi təşkilatının bağlanması ilə bağlı hərəkətə keçib.

Kemlin bu həmləsi İsrail tərəfindən sərt tənqid olunmaqdadır. İsrailin baş naziri Yair Lapid bildirib ki, Moskvanın bu addımına qarşı tutarlı cavab veriləcək. Bəzi analitiklər hesab edirlər ki, gərginliyin böyüməsi Suriyada İsrail-Rusiya qarşıdurmasına səbəb ola bilər.

Bura mühüm bir nüans gərginliyin Azərbaycan-İsrail münasibətlərinə olan neqativ təsiridir. Rusiyanın İsrail rejimi ilə ziddiyyətləri dərinləşərsə, rəsmi Bakı sionistlərdən məsafə saxlamalı olacaq və 22 fevral 2022-ci il razılaşmasına əməl etməli olacaqdır.

Teqlər