Amerikan bazası hədəfə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392498-amerikan_bazası_hədəfə_alındı
ABŞ administrasiyasının Suriyaya son hava hücumlarına haqq qazandırmaq üçün irəli sürdüyü iddialar, ardınca Suriyadakı işğalçı ABŞ ordusuna raket cavabı verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2022 06:17 Asia/Baku
  • Amerikan bazası hədəfə alındı

ABŞ administrasiyasının Suriyaya son hava hücumlarına haqq qazandırmaq üçün irəli sürdüyü iddialar, ardınca Suriyadakı işğalçı ABŞ ordusuna raket cavabı verilib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ ordusu avqustun 24-də Deyr əz-Zur çölündə Suriya ordusu və müttəfiqlərinə aid obyektləri hədəf alan hava bombardmanları ilə öz üzvlərini müdafiə etmək üçün bomba ilə cavab verdiyini iddia edib. 

Lakin ABŞ-ın təcavüzünə cavab gecikmədi və tez gəldi və yerli mənbələr Deyr əz-Zur çölündə yerləşən Koniko zavodunda yerləşən ABŞ bazasının raket hücumuna məruz qaldığını bildirib. 

Mənbələr Əl-Ömər neft yatağındakı Amerika bazasına raket zərbələrinin endirilməsindən və bazanın hava məkanında Amerika helikopterlərinin intensiv uçuşundan danışıblar.

Əl -Aləm müxbiri də bildirib ki , ABŞ qüvvələri Əl -Məyadin şəhərində bir məktəb və bir neçə mülki evləri hədəfə alıb və bu, bir neçə evin yanmasına səbəb olub.