Avq 26, 2022 15:11 Asia/Baku
  • ABŞ-ın Suriyanın şərqindəki hərbi bazasına ikinci hücum

Suriyanın rəsmi mənbələri xəbər veriblər ki, ABŞ-ın həmin ölkənin şərqindəki hərbi bazası ikinci dəfə hücum hədəfinə çevrilib.

Amerika hərbçiləri və onların tabeliyində olan terrorçu ünsürlər uzun müddətdir ki, qanunsuz şəkildə Suriyanın şimalı və şərqində iştirak edirlər. Onlar bu ölkənin neft resursları və buğdasını qarət etməkdən əlavə, Suriyanın xalqı və hərbi qüvvələrinə qarşı hərəkətlər edirlər.

Suriyanın rəsmi informasiya agentliyi- SANA, bu gün günortaçağı xəbər veribdir ki, ABŞ-ın, Suriyanın şərqində yerləşən Dirəzzur vilayətindəki «Koniko» neft yatağındakı bazası ikinci dəfə raket hücumu hədəfinə çevrilib.

Bu məlumata görə, Amerikanın «Koniko» neft yatağındakı bazasına qarşı raket hücumundan sonra bu bazada bir neçə partlayış səsi eşidilib və hələ bu hücumun tələfat törədib-törətmədiyi müəyyən edilməyibdir.

Qeyd olunan mənbələr əlavə ediblər ki, ABŞ qüvvələri sürətlə bölgəni bağlayıblar. Bu hərəkətlə bir zamanda, Amerikanın hərbi təyyarələri hücum məkanında havaya qalxıblar.

Bu məlumatın yayılması fonunda qeyd edək ki, ABŞ ordusunun Suriyanın şərqində yerləşən «Koniko» qaz və Ələmr neft yatağında yerləşən iki hərbi bazası dünən gecə raket hücumları hədəfinə çevrilibdir.

Teqlər