Avq 27, 2022 11:30 Asia/Baku
  •   CNN: Hizbullah həmişəkindən daha güclüdür

CNN xəbər agentliyi Livanda Hizbullahın yaranmasının 40-cı ildönümü ilə bağlı hazırladığı xəbərdə bu qrupun 40 il əvvəlkindən daha güclü olduğunu yazıb.

SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın CNN xəbər agentliyi bu hesabatda, Hizbullahın ağır sanksiyalara, dünyada təcrid olunmasına baxmayaraq, bu il 40 illiyini öncəki illərdən qat-qat güclü şəkildə, çox sayda insan arasında qeyd etdiyini bildirib.

CNN bildirib ki, bu illər ərzində Livan Hizbullahı kiçik şiə təşkilatından ciddi siyasi və regional gücə çevrilməyə çalışıb. Bu gün, 40 ildən sonra Hizbullah dünya arenasında həmişəkindən daha güclü görünür.

CNN yazır: "Hizbullah lideri Seyid Həsən Nəsrullah ABŞ-ın sanksiya siyahısına daxil edilib. Amma bütün bunlara baxmayaraq, bu şiə qrupunun gücü hər ötən il daha da artır."

Teqlər