Avq 28, 2022 13:09 Asia/Baku
  • Liviya toqquşmalarında ölənlərin sayı 12 nəfərə çatıb

Liviyanın səhiyyə nazirliyi şənbə günü gecə Tripolidə baş verən toqquşmalarda ölənlərin sayının on iki nəfərə çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Liviyanın paytaxtı Tripoli şəhəri son günlər hərbi qüvvələrin yerləşdirilmələrinin şahidi olubdur. Bu məsələ Əbdülhəmid Əl-Dəbibə və Fəthi Paşağa hökumətləri arasındakı siyasi ixtilaflar nəticəsində silahlı qarşıdurmanın baş verməsinə görə yaranıbdır.

Liviya səhiyyə nazirliyinin verdiyi məlumata görə, toqquşmalarda 87 nəfər də yaralanıbdır.

Toqquşmaların miqyasına görə, hələ də ölənlər və yaralıların sayının artması ehtimalı var.

Bu ölüm və yaralanmalar Əbdülhəmid Əl-Dəbibənin başçılıq etdiyi milli birlik hökuməti ilə Fəthi Paşağanın başçılıq etdiyi mandatlı hökumət arasındakı siyasi böhranın şiddətlənməsi və onlara havadar çıxan iki qrup arasında silahlı toqquşmanın formalaşmasının ardınca baş veribdir.

Teqlər