Sionist generaldan etiraf
"Hizbullah güclü düşməndir"
Sionist general Livan Hizbullahının güclü düşmən olduğunu etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, İsrail Ordusunun şimal bölgəsinin yeni komandanı general-mayor Uri Gordin “Associated Press”ə bildirib ki, Hizbullah gündə 4,000 raket atmağa qadirdir və bu, bizə çox zərər verə bilər.
O, İsrailin daha güclü tərəf olaraq qalacağına əmin olsa da, “Hizbullahın raketlərinin müəyyən dərəcədə ciddi zərər verə biləcəyini”, vurğulayıb.
İsrail generalı Hizbullah hərəkatını güclü düşmən adlandırıb və gələcəkdə bir neçə həftə davam edə biləcək istənilən müharibədə İsrail ərazisinə günə 4,000 olmaqla çoxsaylı raketlərin düşəcəyini təxmin edib.
Qeyd edək ki, ötən aylarda Hizbullah Aralıq dənizində Livanla İsrail arasında münaqişəli təbii qaz platformalarına zərbələr endirməklə hədələyib.