Okt 18, 2022 20:20 Asia/Baku
  • Ərəb hakerləri İsrail rejiminin təhlükəsizliyinə meydan oxuyurlar

Ərəb hakerləri işğal olunmuş Fələstin ərazilərində ictimai obyektlərdə və məkanlarda quraşdırılmış müşahidə kameralarına nüfuz edərək, İsrail rejiminin təhlükəsizlik sisteminə ciddi zərbə vurublar.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Ərəbi Əl-Cədid" portalı bu gün bəzi ərəb gənclərinin işğal olunmuş ərazilərin kamera sisteminə nüfuz etdiyini bildirərk, yazıb: "Bu hakerlər kiberhücuma məruz qalan bu ərazilərin kamera görüntülərini yayıblar".

Məlumata əsasən, özlərini "Qüds üçün hakerlər" adlandıran bu gənclər işğal altında olan Qüds, Hayfa, Safed və Təl-Əviv şəhərlərindəki ərazilərin, evlərin və obyektlərin görüntülərini özündə əks etdirən bir video  yayımlayıblar, hansı ki, nəzarət kameralarını sındırdıqdan sonra əldə ediblər.  

Teqlər