Fev 06, 2023 17:01 Asia/Baku
  • İsrail rejimi zəlzələdən zərər çəkmiş Türkiyəyə qoşun yeridir?

Türkiyədə baş verən güclü zəlzələdən sonra Fələstini işğal etmiş sionist İsrail rejimi zəlzələdən zərər çəkmiş bölgələrə hərbçilərini göndərmək istəyir.

İşğalçı rejimin müharibə qüvvələrinin sözçüsü Aviçay Adre “Twitter“də bildirib ki, bu rejim ordusu Türkiyədəki zəlzələdən zərərçəkmişlərə “yardım” üçün hərbçilər göndərir.

“İsrail Silahlı Qüvvələrinin (ÇAXAL) əsgərləri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmişlərin xilas edilməsinə yardım üçün yola düşməyə hazırlaşır. İsrail Baş naziri müdafiə naziri yardım missiyasını təsdiq etdikdən sonra hazırlıq prosesləri başlanıb” – qəsbkar rejimin müharibə qüvvələrinin sözçüsü Adre qeyd edib.

Tvittdə müsəlmanlara dərin nifrəti ilə tanınan bu mənfur və xəbis rejimin Türkiyəyə hərbçilər göndərilməsini rəsmi Ankara ilə koordinasiya edib etmədiyinə toxunulmur.

 

Teqlər