Sionist rejimin gəmisi Fars körfəzində hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i397481-sionist_rejimin_gəmisi_fars_körfəzində_hədəfə_alınıb
İvrit dilində yayımlanan Kan kanalı cümə günü gecə Fars körfəzi sularında sionist rejimin ticarət gəmisinə hücum edildiyini iddia edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 18, 2023 08:21 Asia/Baku
  • Sionist rejimin gəmisi Fars körfəzində hədəfə alınıb

İvrit dilində yayımlanan Kan kanalı cümə günü gecə Fars körfəzi sularında sionist rejimin ticarət gəmisinə hücum edildiyini iddia edib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin bu xəbər kanalı, "Campo Square" adlı bu gəminin "Eyal Ofer"ə məxsus "Zodiac" gəmiçilik şirkətinə aid olduğunu iddia edib.

Sözügedən mənbə bu hücumun insan tələfatı ilə nəticələnmədiyini iddia edib.

Bundan əvvəl də Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında sionist rejim gəmisinə hücum edilib.