Fev 27, 2023 13:01 Asia/Baku
  • İşğal olunmuş torpaqlarda görünməmiş gərginlik;

Sionistlər didişirlər – TƏHLİL

Ardıcıl səkkizinci həftədir ki, Tel-Əviv, Hayfa, Modiin və Beerşeba şəhərlərində on minlərlə insan Benyamin Netanyahunun kabinetinə qarşı nümayişlər keçirir.

Netanyahunun rəhbərliyi altında sionist rejim tarixində ən ifrat dinçi və sağçı kabinetin formalaşması sionist cəmiyyətində misli görünməmiş və sərt reaksiyalarla üzləşib. İndiyə qədər bu reaksiyalar o qədər şiddətli olub ki, hətta işğalçı İsrail rejiminin siyasi liderləri və hərbi komandirləri hökuməti devirmək üçün müxtəlif etiraz aksiyalarına çağırıblar.

Baş verən hadisələrin kökündə sağçı qrupların və cərəyanların öz ekstremist baxışları əsasında cəmiyyəti idarə etmək üçün məhkəmə hakimiyyətinin səlahiyyətlərinin azaldılması uğrunda gedən mübarizələri dayanır.

Knesset və Nazirlər Kabineti məhkəmə islahatları aparmaq üçün əl-ələ verib. Keçən həftə Knesset Nazirlər Kabinetinin təklif etdiyi ilk məhkəmə islahatı layihəsini 63 lehinə və 47 əleyhinə səslə təsdiqləyib. Bu qanun layihəsinə əsasən, xüsusilə hakimlərin təyinatında məhkəmə hakimiyyətinin səlahiyyətləri azaldılır, kabinetin səlahiyyətləri artırılır.

Netanyahunun kabineti bu qanun layihəsini islahatlar adlandırsa da, tənqidçilər bunu məhkəmə çevrilişi kimi xarakterizə edirlər. Onlar hesab edirlər ki, bu qanun layihəsi ilə məhkəmə sisteminin müstəqilliyi məhv ediləcək. Digər tərəfdən, tənqidçilər xəbərdarlıq edirlər ki, Netanyahu və onun kabinet üzvləri bu qanun layihəsi vasitəsilə korrupsiya və cinayət işlərini ört-basdır etməyə çalışırlar.

Hər halda etiraz aksiyaları işğal olunmuş ərazilərdə xaotik və kövrək siyasi-təhlükəsizlik vəziyyətini göstərir. Hətta vətəndaş müharibəsinin baş verməsi ilə bağlı narahatlıqlar artıb.

Əslində etirazların görünən səbəbi Netanyahunun kabinetinin məhkəmə islahatları aparmaq qərarı olsa da, əsl səbəb İsrailin ekstremizmə doğru istiqamət almasıdır və tənqidçilər bunun İsrailin varlığını təhdid etdiyini düşünürlər. Baş verənlər, işğal olunmuş ərazilərdə sionist rejimin retuşsuz və makiyajsız simasıdır.

 

Teqlər