Mart 02, 2023 18:51 Asia/Baku
  • Netanyahu kabinetinə qarşı sionist hərbçilərin etiraz dalğası davam edir

İşğal olunmuş ərazilərdəki “BiBi çevrilişi” kimi tanınan Benyamin Netanyahunun “məhkəmə hüququ islahatı” adlı planına etirazın ardınca Tel-Əviv rejiminin bir dəstə komandosu hakim rejimin ifrat kabinetinə müxalif olaraq xidmətdən boyun qaçırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İsrail Hərbi Hava Qüvvələrinin “Şeldaj” kimi tanınan komando birliyi özlərinin hərbi xidmətə hazır olmadıqlarını açıqlayıblar.

Bu komandolar hərbi vəzifəni yerinə yetirməkdən imtina etmələrinin səbəbinin İsraildəki demokratik sistemin diktatura sisteminə çevrilmiş olduğunu bildiriblər.

Aralarında pilotların və yüksək rütbəli zabitlərin də olduğu, hərbi kəşfiyyat və hava hücumundan müdafiə qərargahında fəaliyyət göstərən bu hərbi qüvvələr məktub imzalayaraq “onların hərbi xidməti sionist rejimin qaydalarına uyğun olmasını və "fikir azadlığı"-nın heç bir şeydən qorxu olmadan səsləndirilməsinə şəraitin yaradılmasını vurğulamışlar. Onların iddia etmişlər ki, əgər rejim diktaturaya çevrilərsə, bütün bu xidmət sistemi yox olacaq.

Müxalifət fraksiyasının və sionist rejimin rəhbərliyinin fikrincə, “Benyamin Netanyahunun” başçılıq etdiyi ifrat sağçı koalisiya hakimiyyətə gəldikdən sonra bir sıra çıxışların və qərarlar verilməsi, bu rejimin vəziyyətinin daha da gərginləşməsinə doğru irəliləməsinə səbəb olmaqla sonda daxili böhran və hətta vətəndaş müharibəsinə çevrilməsi də baş verə bilər.

 

Teqlər