Mart 18, 2023 21:47 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə böhran davam edir: Netanyahunun evi mühasirədə
    İşğal olunmuş ərazilərdə böhran davam edir: Netanyahunun evi mühasirədə

Fələstin və sionist rejimi mediası cümə günü gecə baş nazir Benyamin Netanyahunun evinin yüzlərlə hərbi dəniz qüvvələrində xidmət etmiş pensionerlər tərəfindən mühasirəyə alındığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ötən həftələrdə işğal olunmuş Fələstinin şimalından cənubuna qədər onlarla şəhər, o cümlədən Təl-Əviv, Hayfa, işğal olunmuş Qüds, Birusəb, Rişon Litesyon və Herzilya Netanyahunun ifrat sağçı kabinetinə qarşı mitinqlərə səhnə olub. Bu həftənin şənbə günü 300 mindən çox israilli Təl-Əvivdə və işğal olunmuş Fələstinin digər şəhərlərində artıq özünün onuncu həftəsini yaşayan Netanyahunun kabinetinə qarşı mitinqlər davam edib.

Belə ki, hərbi dəniz qüvvələrində xidmət etmiş pensionerlər bəziləri qayıqla və bəziləri isə hətta üzərək işğal altındakı Qeysəriyyəyə çatıb və Netanyahunun evini mühasirəyə alaraq etirazçılara qoşulublar.

Etirazçıların bu yeni aksiyası sionist rejimin başçısı İsaak Hersoqun çərşənbə gecəsi işğal olunmuş ərazilərdə vətəndaş müharibəsinin baş verməsi ilə bağlı yeddinci dəfə xəbərdarlıq etdiyi bir vaxtda baş verib.

İsraildə "məhkəmə sistemi islahatı" ilə bağlı mövcud böhrana cavab olaraq deyib: Biz iki yoldayıq: ya tarixi böhran mərhələsində və ya həlledici an bizi gözləyir.

Hersoq bazar ertəsi gecəsi də bildirib: Biz çox acınacaqlı və təhlükəli vəziyyətdəyik və bu böhranın yəqin ki, [bizim üçün] siyasi, iqtisadi, sosial və təhlükəsizlik nəticələri də olacaqdır.