Sionist rejim Suriyanın Fars Körfəzi ölkələrİlə əlaqələrinin yaxşılaşmasından nigarandır
Sionist rejimin media mənbələri dünən gecə bildiriblər ki, Suriya ilə Fars Körfəzi ətrafındakı ölkələr arasında inteqrasiya İsrail rejimi üçün nigaranedici mesaja malikdir.
Sionist rejimin nigarançılığının fonunda qeyd edək ki, martın iyirmi üçündə Ərəbistan xarici işlər nazirliyinin bir rəsmisi bildirdi ki, konsulluq xidmətləri təqdimatının bərpası istiqamətində Suriya ilə danışıqlar cərəyan etməkdədir.
Belə bir halda, Suriya prezidenti Bəşşar Əsəd Moskvaya son səfəri zamanı «Russiya Əlyəum» informasiya kanalı ilə müsahibədə bildirdi ki; Ərəbistanın Suriya qarşısındakı xarici siyasəti ötən bir neçə il ərzində başqa bir səmt alıb və Ərriyad Suriyanın daxili işlərinə müdaxilə etmir.
Həmçinin Əsəd Fars Körfəzi ətrafındakı ölkələrlə əlaqələrinin kəsilməsindən müddətlər sonra, 2022-ci il martın on yeddisində rəsmi bir səfərdə Birləşmiş Ərəb Əmirliklərinə daxil oldu və bu ölkənin bir qrup rəsmisi ilə görüşdü.
Belə bir halda, Suriya prezidenti 2023-cü il fevralın iyirmisində və əmirliklərə səfərdən öncə Omana getmiş və bu ölkənin sultanı- Heysəm bin Tariqlə görüşmüşdü.