Apr 05, 2023 15:46 Asia/Baku
  • İran 8 ildən sonra BƏƏ-yə yeni səfir təyin edib

İran Xarici İşlər Nazirliyi Rza Amerini İran İslam Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) yeni səfiri kimi təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən,Son aylarda siyasi və regional müstəvidə bəzi mübahisəli hallara baxmayaraq, İran və BƏƏ münasibətləri gərginliyin artmasının qarşısını alacaq şəkildə idarə etmək və iki ölkədə, xüsusilə də, ticarət və iqtisadi sahədə mövcud olan imkanlardan istifadə etmək istəyiblər. 

Həmin kontekstdə ötən il İran və BƏƏ arasında diplomatik münasibətlərin müvəqqəti işlər vəkili səviyyəsindən səfir səviyyəsinə qaldırmaqla bağlı danışıqlar aparılıb və nəhayət, Tehran və Əbu-Dabi yeni səfirlərini təqdim ediblər.

İran İslam Respublikasının BƏƏ-dəki yeni səfiri Rza Ameri bundan əvvəl İran Xarici İşlər Nazirliyində xaricdəki iranlıların ofisinin baş direktoru, həmçinin İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri olub.

Ameri səkkiz illik diplomatik fasilədən sonra İran İslam Respublikasının BƏƏ-dəki ilk səfiridir.

Teqlər