Apr 06, 2023 16:16 Asia/Baku
  • Sionistlərin Məscidül-Əqsaya hücumlarını pisləyən etiraz aksiyaları keçirildi

Məlumata görə, sionistlərin Məscidül-Əqsaya hücumlarını pisləmək üçün işğal olunmuş Fələstində və Qəzza zolağında etiraz aksiyaları keçirildiyi bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, etirazçılar Hayfada Əl-Əqsa məscidinə dəstək və sionistlərin bu məscidə hücumunu pisləyən aksiyada iştirak ediblər. Qəzza zolağında Rəfəh, Cəbəliyyə, Beyt Hanun və bu məntəqənin şərqində fələstinlilər sionistlərin Əl-Əqsa məscidinə hücumlarını pisləyən etiraz aksiyaları təşkil ediblər.

Məlumata görə, Sionist əsgərlər Qəzza zolağının şərqində işğal olunmuş Fələstinlə sərhəddə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Xatırladaq ki, çərşənbə günü səhər sionist əsgərlər Əl-Əqsa məscidinin Əl-Qubla zalında zəvvarlara hücum edərək, onları məsciddən zorla çıxarıblar. İşğalçı israil əsgərləri Əl-Qubla məscidinin şüşələrini sındıraraq məscidin içərisinə səs bombaları atıb, daha sonra məsciddəki ibadət edənlərə hücum ediblər. Fələstin Qızıl Aypara Cəmiyyəti sionist qüvvələrin Əl-Qubla məscidinə hücumundan sonra çoxlu sayda fələstinlinin yaralandığını, lakin sionist qüvvələrin tibb işçilərinin oraya gəlməyə icazə vermədiyini açıqlayıb. Fələstin mənbələri 200-dən çox fələstinlinin yaralandığını, 500 nəfərin isə həbs edildiyini bildirirlər. Sionist rejimin bu hücumları və cinayətlərinə cavab olaraq, Fələstin müqavimət dəstələri də, son 24 saat ərzində ən azı 3 dəfə Qəzzə zolağının sərhədi ətrafındakı sionist yaşayış məntəqələrini raketlərlə hədəfə alıblar.

 

Teqlər