Sionist general İsrailin aciz durumda olduğunu etiraf etdi
İshaq Brik: İrana hücum edə bilmərik
Sionist İsrail rejiminin daha bir generalı bu rejimin İran İslam Respublikasına hücum etmək gücündə olmadığını etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, İshaq Brik televiziyaya verdiyi açıqlamasında deyib: “Son 15 ildə İsrail rəsmiləri İranın nüvə təhdidi haqda danışıblar və demək olar ki, israilin ətrafında genişlənməkdə olan normal təhdidi nəzərə almayıblar. İsrail ətrafında 250 min raket və dron mövcuddur, müharibə baş verəcəyi təqdirdə ictimai, strateji və digər mərkəzlərə hər gün orta hesabla 3000 raket atılmağa hazırdır. Bu, atom bombası kimidir, amma atom yağışı olmadan! Yüksək səviyyəli rəsmilər bu haqda danışmırlar və buna hazırlıqları da yoxdur.”
General sonra qeyd edib: “Bu şəraitdə biz hücum etsək, onların reaksiyası nə olacaq? Əgər israil təkbaşına bu işi etsə, qətiyyən məğlub olacaq. Amerika da bizə qoşulsa, yenə də elə bir fərqli nəticə olmayacaq. Bu hücuma reaksiya olaraq hər gün bizə tərəf minlərlə raket atacaqlar. Tam şəkildə viran olacağıq və bizim buna hazırlığımız yoxdur.”