Sionistlər Məscidül-Əqsaya növbəti hücuma keçiblər
Sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə işğal altındakı Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinə növbəti dəfə hücum ediblər.
Əl-Cəzirə xəbər kanalı bazar günü bildirib ki, sionist mühacirlər səhər saatlarında İsrail hərbi qüvvələrinin dəstəyi ilə Əl-Əqsa məscidinə hücuma keçiblər.
Sionist rejimin hərbçiləri aprelin 5-dən Əl-Əqsa məscidində fələstinlilərə qarşı yeni təcavüz raunduna başlayıb, belə ki, ötən çərşənbə günü Əl-Əqsanın daxilində və həyətlərində etikaf edən fələstinlilərə hücum edərək, 200-dən çox insanı yaralayıb, 400-ü isə həbs ediblər.
Həmin gündən etibarən Əl-Əqsa sionistlərlə fələstinli ibadətçilər arasında qarşıdurma səhnəsinə çevrilib. Fələstin müqavimət qrupları təcavüzə cavab olaraq, Qəzzə zolağının yaxınlığındakı yaşayış məntəqələrini və işğal olunmuş ərazilərin şimal bölgələrindəki hədəfləri raketlərlə atəşə tutub.
Fələstin müqavimət qrupları Məscidül-Əqsanın onların qırmızı xətti olduğunu və ona qarşı hər hansı təcavüzün güclü cavabla üzləşəcəyini vurğulayıblar.