Netanyahu əleyhinə etirazçılar yenidən küçələrə qayıdıblar
Təl-Əviv və Hayfa şəhərlərinin sakinlərindən yüzlərlə nəfər sionist rejimin baş nazirinin çıxışını pisləmək üçün etiraz aksiyası keçirib.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun bazar ertəsi axşam qalmaqallı çıxışı onun siyasətlərinə etiraz edənlərin yenidən küçələrə qayıtmasına səbəb oldu.
Benyamin Netanyahunun işğal olunmuş Fələstində əmin-amansızlığın artmasında və müqavimət qruplarının əməliyyatlarında müxalifət partiyalarını ittiham etməsindən sonra Təl-Əviv və Hayfa şəhərlərinin yüzlərlə sakini etiraz aksiyaları keçirib.
Nümayişçilər Təl-Əviv şəhərində avtomobillərin hərəkətini pozaraq, əsas yollarda maneələr yaradıblar.
Sionist rejimin keçmiş xarici işlər naziri Aviqdor Liberman isə Netanyahunun açıqlamalarına cavab olaraq, bildirib ki, o, baş nazirliyə uyğun adam deyil.
Terrorçu sionist rejimin baş naziri bazar ertəsi axşam müxalif partiyaların tutduğu mövqelərin işğal altındakı Fələstində "terrorçuluğa" kömək etdiyini iddia edərək, bildirib ki, ehtiyatda olan hərbçilərin xidmətdən imtina etməsi Fələstin müqavimət qruplarının əməliyyatlarını artırıb.