Apr 27, 2023 20:43 Asia/Baku
  • İran regionda sülhün artırılması üzrə səylərini davam etdirəcək

Livana səfər edən İran xarici işlər naziri Beyrut hava limanında keçirilən mətbuat konfransında bildirib ki, İran regional hadisələr və gərginliklərdə/ savaşın yerinə, dialoq üslubuna tərəfdarlıq edibdir.

Hüseyn Əmir-Abdullahiyan Oman səfərindən sonra dünən Beyruta daxil olub.

Son həftələr ərzində regionda yeni hadisələr baş veribdir ki, onun nəticəsini bütün region, həmçinin Livan da daxil olmaqla İslam Dünyası üçün faydalı hesab edirik- deyən  Əmir-Abdullahiyan bildirib: Livanın hazırkı böhrandan çıxışının yaxşılaşdırıması üçün müəyyən ideya və təşəbbüslərə malikik və bu ölkənin rəsmilərilə görüşlərdə onları irəli sürəcəyik.

Yeni regional şəraitdə və bizim pozitiv və konstruktiv regional şəraitimizdə Livanın təhlükəsizliyi, rifahı və inkişafını/ regionun və İranın təhlükəsizliyi, rifahı və inkişafı hesab edirik- deyə, İran xarici işlər naziri vurğulayıb.

Müsəlman Sudan ölkəsindəki müharibədən nigarançılıq ifadə edən İran xarici işlər naziri bildirib ki: Əfqanıstan da daxil olmaqla regionda sülhün bərqərarı üçün bütün səylərimizdən istifadə edəcəyik.

 

Teqlər