May 10, 2023 07:34 Asia/Baku
  • Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi yenidən açılacaq

2023-cü ilin aprelində İranla diplomatik münasibətlərin bərpasından sonra Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasına qaytarılmasına yaşıl işıq yandırmaq qərarına gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Səudiyyə Ərəbistanı ərəb dövlətlərinin Suriyanın Ərəb Dövlətləri Liqasında iştirakını bərpa etmək qərarından sonra Dəməşqdəki səfirliyinin işini bərpa edəcək.

Qeyd edək ki, mayın 7-də Qahirədə bir sıra ərəb xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü baş tutub. İclasda Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpası qərara alınıb.

 

Teqlər