Sionistlərin Əl-Əqsa məscidinə hücumları davam edir
Xəbər mənbələri sionist qəsəbə sakinlərinin Əl-Əqsa məscidinə hücumundan xəbər veriblər.
SəhərAzəri-nin "Əl-Əhd" xəbər saytına istinadən məlumatına əsasən, onlarla sionist mühacir sionist rejimin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə bu səhər (bazar) Məscidül-Əqsaya hücum ediblər.
Əl-Əhd xəbər saytı bu xəbərdə əlavə edib: "Sionist rejim ordu İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 5 Fələstin vətəndaşını həbs edib".
Fələstin mənbələri, həmçinin sionist qüvvələrin Fələstin İslami Cihad Hərəkatının komandirlərindən olan "Louy Əl-Əşqər"i Tulkərm yaxınlığındakı "Sida" bölgəsində həbs etdiklərini açıqlayıblar.
Bu xəbərə əsasən, sionist qüvvələr Fələstin qüvvələrinə hücum edərək, döyüş güllələrindən istifadə ediblər.
Tulkərmdəki Fələstin müqavimət qüvvələri onların hücumuna atəş açaraq və işğalçı qüvvələrə tərəf partlayıcı paketlər ataraq, qarşılıq verib.
Qeyd edək ki, Məscidül-Əqsa Qüds şəhərinin İslam və Fələstinə aid olmasının əsas simvolu olaraq, hər zaman Qüdsü işğal edən rejimin dağıdıcı hərəkətlərinin hədəfi olub.
İşğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində bu günlərin şəraiti çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər.