"Boing" Ərəbistana 150 təyyarə satmağa çalışır
"Bloomberg" xəbər agentliyi ABŞ-ın "Boeing" təyyarəqayırma şirkətinin Səudiyyə Ərəbistanına ən azı 150 təyyarə satmağa çalışdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, "Bloomberg" adının açıqlanmasını istəməyən mənbəyə istinadən yazıb: "Səudiyyə Dövlət İnvestisiya Fonduna məxsus Riyad Hava Yollarına ümumilikdə 300-400 tək keçidli təyyarə almaq niyyətindədir".
Bu, Amerika şirkətinin 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə ikinci ən böyük müqaviləsidir.
Məlumata əsasən, "Boing" Səudiyyə Ərəbistanının "Riyad Air" aviaşirkətinə ən azı 150, "Boing Max 737" təyyarəsi satmaq üçün yaranmış fürsətdən istifadə etməyə çalışır, çünki onun rəqibi "Airbus" şirkətinin 2029-cu ilə qədər "A-321-neo" tipli təyyarələri üçün az sayda tədarük müraciəti var.
Bununla bağlı məsul tərəflər arasında danışıqlar davam edir və iyunun ortalarında Paris Aviasiya Sərgisində müqavilənin imzalanması elan edilə bilər.