May 31, 2023 16:09 Asia/Baku
  • Mossadın yüksək rütbəli zabiti öldürülüb

Məlumata görə, yüksək rütbəli İsrail zabitinin İtaliya kəşfiyyatçıları ilə birgə görüşü zamanı qayıq şübhəli şəkildə batıb, üç italyan kəşfiyyatçı və yüksək rütbəli Mossad zabitinin həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, İsrail qəzeti bu barədə yazıb ki, İtaliyada qayıq qəzasında həlak olan adam təhlükəsizlik sahəsində olduqca mahir biri idi, onun şəxsiyyəti və kimliyi haqda isə, xəbərlər verilməyəcək.

Qeyd edək ki, cinayətkar İsrailin 12-ci kanalı bu kəşfiyyatçının ölümünü şübhəli və müəmmalı kimi qiymətləndirib. İtaliya hökuməti ərazi üçün hava xəbərdarlığı olmadığı halda, gəminin çevrilməsinə görə tez bir zamanda hava şəraiti və qayığın zədələnməsi bəhanə gətirilib

Qeyd edək ki, General Səyad Xudainin şəhadətinin birinci ildönümündə İsrail kəşfiyyatının bu yüksək rütbəli zabitinin ölümü müəmma kimi qalmaqdadı və bu heç də sionist rejimin kəşfiyyat təşkilatı üçün yaxşı əlamət hesab olunmur

 

Teqlər