Bəşər Əsəd: Livanın sabitliyi Suriya və regionun sabitliyinə təsir edicidir
Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə Livanın keçmiş prezidenti Mişel Övn ilə görüşüb
Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, Bəşər Əsəd çərşənbə axşamı baş tutmuş görüşdə deyib ki,"Livanın gücü onun siyasi və iqtisadi sabitliyindədir və livanlılar bu sabitliyə dialoq və konsensusla nail ola bilərlər.
Həmçinin prezident Əsəd qeyd edib ki, Livanın sabitliyi Suriya və ümumilikdə regionun xeyrinədir və Övn Suriya ilə Livan arasında qardaşlıq münasibətlərinin hər iki ölkənin xeyrinə qorunmasında rol oynayır.
qeyd edək ki, Mişel Övn bu görüşdə həmçinin bildirib ki, livanlılar bütün problemlərə rəğmən öz milli birliklərinə sadiqdir və Suriya xalqının uzaq görənliyi və ölkəsinə, ordusuna və rəhbərliyinə olan inamı sayəsində çətin və təhlükəli bir mərhələni geridə qoya bildi.