Sionist rejimin silah sənaye zavodunda partlayış oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i400602-sionist_rejimin_silah_sənaye_zavodunda_partlayış_oldu
Sionist rejim mediası əl-Beyt sistemlərinin obyektlərində partlayışın baş verməsi barədə məlumat yayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 07, 2023 14:45 Asia/Baku
  • Sionist rejimin silah sənaye zavodunda partlayış oldu

Sionist rejim mediası əl-Beyt sistemlərinin obyektlərində partlayışın baş verməsi barədə məlumat yayıb.

“Jerusalem Post” bununla bağlı yazıb ki, Təl-Əviv şəhərində sionist rejimin ən böyük silah istehsalçısı və bu rejimin pilotsuz təyyarələrinin 85%-ni istehsal edən əl-Beyt sənaye zavodunun daxilində güclü partlayış baş verib.

Bəzi mənbələr sionist rejimin əl-Beyt sənaye zavodunda qaz balonunun partlaması nəticəsində yanğının baş verdiyini  bildirib.

Bəzi xəbər mənbələri isə, partlayışdan sonra yaralananların olduğunu yaysalarda bu haqda daha ətraflı məlumatın hələki verilmədiyini yazıblar.