Netanyahu rejimi iflic vəziyyətdə;
Haaretz: Təl-Əviv uçuruma doğru gedir
Sionist mediası Benyamin Netanyahunun vəziyyətinin çox ağır və kritik olduğunu bildirir.
SəhərAzəri-nin məlumatına əsasən, İşğal olunmuş Fələstində çıxan Haaretz qəzeti yazıb ki, Benyamin Netanyahu Likud Partiyası, nazirlər kabineti və İsrail üzərində nəzarətini itirib. Təbii ki, İsrail uçuruma doğru irəliləyir.
Netanyahunu cinayətkar, qorxaq və iflic adlandıran Haaretz əlavə edib: “Bir neçə cinayət törətməkdə ittiham olunan baş nazir zəif, qorxaq və iflic adamdır. O, artıq öz iradəsini hətta öz evində belə tətbiq edə bilmir, bəs ölkəni necə idarə edəcək?”
Bundan əvvəl “İsrail Beytuna” Partiyasının rəhbəri Aviqdor Liberman sionist rejimin hakim kabineti ilə danışıqları faydasız hesab edib və məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsi barədə danışıqların dayandırılmasını tələb edib.