Ərdoğan-Bin-Salman görüşündə bir neçə müqavilə imzalanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i401804-Ərdoğan_bin_salman_görüşündə_bir_neçə_müqavilə_imzalanıb
Türkiyə prezidenti Ərəbistana səfərdə və bu ölkə vəliəhdi ilə görüşdə səud tərəfi ilə bir neçə müqavilə imzalayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 18, 2023 12:12 Asia/Baku
  •  Ərdoğan-Bin-Salman görüşündə bir neçə müqavilə imzalanıb

Türkiyə prezidenti Ərəbistana səfərdə və bu ölkə vəliəhdi ilə görüşdə səud tərəfi ilə bir neçə müqavilə imzalayıb.

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman dünən gecə Ərəbistanın Ciddə şəhərində yerləşən Əssalam sarayında Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanı qarşılayıb.

Ərdoğanı rəsmi qarşılama mərasimindən sonra Ərəbistan-Türkiyə ikitərəfli əlaqə və həmkarlıqları barədə rəsmi müzakirələr başlanıb.

Bundan qabaq Türkiyə mediaları xəbər vermişdilər ki, Ərdoğanın Ərəbistandan başlanan Fars Körfəzi ətrafındakı ərəb ölkələrinə dövri səfəri/ ehtimal üzrə Türkiyə üçün əlli milyard dollardan çox investisiya cəlb edəcək.

Ərəbistan müdafiə nazirliyi bu gün bildiribdir ki, Ərdoğanın bu ölkəyə səfəri zamanı pilotsuz təyyarələr istehsal edən “Baykar” Türkiyə şirkəti ilə müqavilələr imzalanıb.