Knesset qarşısında sionist etirazlar dalğası səngimək bilmir
Xəbərlər işğal altındakı Qüds şəhərində sionist rejimin Knessetinin qarşısında Nazirlər Kabinetinin mübahisəli məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə etirazların yenidən başlanmasından xəbər verir.
Məlumata görə mediada paylaşılan görüntülərdə nümayişçilərin bazar ertəsi səhərindən başlayaraq Knessetin qarşısında yerdə oturaraq öz etirazlarına davam etmələri və polisin onları su şırnaqları ilə dağıtmağa çalışdığını göstərilib.
Yayımlanmış görüntülərə görə, Knesset üzvləri parlamentə daxil olarkən etirazçılarla təhükəsizlik qüvvələri arasında toqquşma baş vermiş və nəticədə polis bir neçə etirazçıları həbs edib.
Qeyd edək ki, Netanyahunun kabinetinin bu qanun layihəsini təsdiq etməkdə israrlı olması sionistlərin daxili strukturunun parçalanmasına və on minlərlə insanın küçələrə çıxararaq öz etirazlarını bildirməsinə səbəb olub. Bütün bunların fonunda sionist rejim rəhbərinin müxalifət və tərəfdarlar arasında orta həll yoluna nail olmaq səyləri hələ heç bir nəticə verməyib.
Netanyahunun məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinə etiraz dalğaları isə, İsrail rejiminin hərbi güc strukturlarına da sirayət etmiş, Hava Qüvvələrində bir çox könüllü hərbi xidmətçilərin ciddi xəbərdarlığı nəticəsində bir çox hərbiçilər xidmətdən boyun qaçırmışlar.
Qeyd edək ki, sionist rejimdəki müxalifət dəstələrinin başçıları hesab edirlər ki, Netanyahunun Nazirlər Kabinetinin məhkəmə dəyişiklikləri haqqında qanun layihəsinin məqsədi bu rejimin məhkəmə sistemini zəiflətmək və Netanyahunun üç korrupsiya və rüşvət işi üzrə mühakiməsinin qarşısını almaq cəhdi güdür. Etirazçıların nəzərincə kabinetin bu hərəkətləri sionist rejimini münaqişə və vətəndaş müharibəsinə gətirib çıxaracaqdır.