Avq 04, 2023 13:14 Asia/Baku
  • Livanın və bütün regionun problemi, Amerikadır

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutun cənubunda keçirilən Şeyx Əfif Əl-Nablusinin anım mərasimində Amerikanı və sionist rejimi Livanda və bütün regiondakı böhran və problemlərin əsas amilləri adlandırıb.

Livan Hizbullahının baş katibi əlavə edib: Regionun əsas problemi, Amerikanın bütün işlərə qarışmasıdır. Bu müdaxilələrin əvəzində, Amerikanın iradəsi qarşısında təslim siyasətilə üzləşirik.

Seyid Həsən Nəsrullah deyib: Amerikalılar Livanda elektrik enerjisi təminatının qarşısının alınmasının əsas problemidirlər. Bu il Amerikanın vədinin ikinci ilidir, lakin indiyədək elektrik enerjisi Livana çatmayıb, zira Amerika Misirin qazı və İordaniyanın elektrik enerjisinin qarşısını alır.

O, əlavə edib: Öz hiddətimizi Amerikaya göstərməliyik! Müqavimət onun müxtəlif formalarında amerikalılar və sionistlərin yaxalanmaları amili oldu və biz onun genişlənməsi və nailiyyətlərinin şahidi olduq.

Seyid Həsən Nəsrullah söyləyib: İsrail rejiminin Livana qarşı hücumlarını planlaşdırıblar. Dəqiq hesablamalar aparıblar və bu hücumlar Amerika tərəfindən təyin edilmiş hədəflərə çata bilərdi.

Livan Hizbullahının baş katibi sonra qeyd edib ki, məsələn, Suriyanın əziyyət çəkdiyi bütün problemlər, Amerikanın sanksiyalarına görədir.

Seyid Həsən Nəsrullah daha sonra belə qeyd edib: Amerika Birləşmiş Ştatları İraq tərəfindən İran dövlətinə qaz pulunun ödənişini əngəlləyir ki, İran İraqın elektrik enerjisini kəsmiş olsun. Sonra da İraq xalqına demiş olsun ki: Görün, İran sizin başınıza nə gətirir!

O, həmçinin vurğulayıb ki, Amerika, Yəməndəki müharibədə atəşkəsin bərqərarı və ümumiyyətlə, müharibənin başa çatması yolunda əsas maneədir.

Livan Hizbullahının baş katibi əlavə edib: Amerikanın işğalçılığı Suriya hökumətinin öz neft və qaz yataqlarına əlçatanlığına mane olur.

Seyid Həsən Nəsrullah sonra bildirib ki, Fələstində iki ölkəli həll yolu imkanı məhv olmaqdadır.

Livan Hizbullahının baş katibi həmçinin Livandakı daxili siyasi problemlər barədə danışıb: Barəmizdə deyəndə ki, müxaliflər mehvərindəyik, bununla fəxr edirik, zira bu, o deməkdir ki, biz Amerika səfirliyinin qulu və vasitəsi deyilik, əksinə, şərəfliyik və öz ağamızıq.  Livanın xəzinəsinə iri pullar toplaya biləcək xeyli sayda mənbə mövcuddur, amma Amerika səfirliyi bu işə mane olur.

O, həmçinin deyib: Beyrut limanı partlayışı zamanı Hizbullahı ittiham edən kəslər deyirlər ki, Əynulhilvə düşərgəsi hadisələrinin amili, Hizbullahdır. Biz Əynulhilvədəki toqquşmalarda məsuliyyət daşımırıq, əksinə, onun üçün həll yolu axtarırıq. Bütün məsul tərəfləri bu toqquşmanı dayandırmağa çağırırıq.

 

Teqlər