Sen 23, 2023 18:19 Asia/Baku
  • Sionist qəsəbə sakinləri dörd yaşlı fələstinli uşağa hücum ediblər

Bir fələstinli ailəsinə hücum edən sionist qəsəbə sakinləri ailənin dörd yaşlı uşağını yaralayıblar.

Bu xəbəri qərb sahilində yerləşən Əlxəlil vilayətinin cənubundakı yerli mənbələr yayıblar.

Müqavimətin xalq və milli komitələrinin koordinatoru Ratib Əl-Cəbur bu barədə belə deyib: Bir qrup sionist qəsəbə sakini dünən gecə «Susiya» kəndinə daxil olub. Onlar bibər qazı, dəyənək və daşla Əlhədar ailəsinə hücum ediblər. Nəticədə ailənin Hamid Əlhədar adlı dördyaşlı oğlu üz və qarın nahiyələrindən döyülüb və yaralanıbdır.

Ekstremist sionist qəsəbə sakinlərinin işğalçı rejimin laqeydliyi və soyuqqanlılığının kənarında həyata keçirilən fələstinlilərin yaşadıqları kənd və qəsəbələrə qarşı hücumları daimi bir hadisəyə çevrilib.

Sionist qəsəbə sakinləri hətta qərb sahilinə baş çəkmək üçün bəzən Fələstinə səfər edən avropalı diplomatik heyətləri belə, hədəfə alırlar.

Bu istiqamətdə, Avropa Birliyinin on ölkəsinin diplomatik nümayəndə heyətinin səfəri üzrə koordinator «Betslim» yəhudi təşkilatı ötən həftənin cümə axşamı günü xəbər veribdir ki, silahlı qəsəbə sakinləri bu heyətə və kənddə yaşayan fələstinlilərə hücum ediblər.

Fələstin informasiya mərkəzinin məlumatına görə, fələstinli mübarizlər Nablus, Ramullah və Cenin vilayətlərində silahla atəş açmaqdan tutmuş aksiyalar, toplantılar və daş atmağa qədər ümumilikdə iyirmi altı müqavimət tədbiri həyata keçiriblər.