Qəsb olunmuş ərazilərdə fövqəladə vəziyyət elan olunub
Bir media mənbəyi müqavimətin sionist rejimə qarşı «Tufan əl-Əqsa» əməliyyatının ardınca qəsb olunmuş ərazilərdə fövqəladə vəziyyətin elan olunmasından xəbər verib.
Fələstin müqavimət qüvvələri bu gün səhər «Tufan əl-Əqsa» adlı əməliyyatda işğal olunmuş əraziləri, o sıradan Təl-Əviv və Əşdudu beş mindən çox raketlə hədəfə alıblar.
Sionist «Tayms İsrail» qəzeti bir məlumatda yazıbdır ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi bu rejimin təhlükəsizlik kabinetinin fövqəladə iclasının təşkilindən xəbər verib.
Sionist rejimin müharibə naziri Yuaf Qalant Qəzzə zolağının səksən kilometrliyinədək fövqəladə vəziyyət elan edib.
Bu sionist qəzet fövqəladə vəziyyətin elan olunmasını işğal olunmuş ərazilərdə təhlükəsizlik tədbirlərinin şiddətlənməsi, həmçinin Təl-Əviv və Bir-əs-Səba da daxil olmaqla əsas şəhərlərdəki qovşaq yollarının bağlanması və hər hansı toplanışın qarşısının alınması amili adlandırıb.
Sionist mənbələr bildiriblər ki, Həmas hərəkatı quru, dəniz və hava istiqamətlərindən sionist rejim ordusuna qəfildən hücum edib.
Bir sionist məsul şəxs də bildiribdir ki, sionist qəsəbələrdəki ölüllərin sayı yüksəkdir və ölənlər barədə dəqiq statistika verə bilməz.
Sionist medialar Ben Gurion hava limanının bağlandığını da bildiriblər.